Julio Romao: Bizi sabah çətin oyun gözləyir
Bakı, 14 fevral, AZƏRTAC
“Bizi sabah çətin oyun gözləyir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı oyunçu "Braqa"nın ciddi rəqib olduğunu bildirib: "Onlar ölkə çempionatının son turunda Lissabon "Sportinq"inə məğlub oldular. Bu, bizi arxayınlaşdırmamalıdır. Komandamızın heyətində Portuqaliya liqası təcrübəsi olan futbolçular var. Bu da bizə kömək olacaq".
O, "Braqa"ya qalib gəlmək şanslarının olduğunu deyib: "Bu oyunun nəticəsini bir sıra detallar həll edəcək. Avropa Liqası turniri fərqli atmosferdir. Əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]