Jurnalist araşdırmaları müsabiqəsinin vaxtı uzadılır
Bakı, 1 aprel, AZƏRTAC
Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyi və Mətbuat Şurası tərəfindən məhkəmə-hüquq sistemində aparılan islahatların, o cümlədən 3 aprel tarixli Fərmanın icrası üzrə görülən işlərin, əldə olunan nailiyyətlərin və tətbiq olunan yeniliklərin kütləvi informasiya vasitələrdə dolğun, obyektiv və geniş işıqlandırılması, təbliği məqsədilə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda martın 1-dən 30-dək birgə jurnalist araşdırmaları müsabiqəsi elan olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bütün dünyada geniş yayılan qlobal pandemiyanın Azərbaycanda qarşısının alınması məqsədilə respublika Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi, kütləvi tədbirlərin təxirə salınması və fəaliyyətin məhdudlaşdırılması nəzərə alınaraq müsabiqənin vaxtı uzadılır və bu barədə əlavə məlumat veriləcək.
Müsabiqədə iştirak etmək üçün yazı və digər materialların təqdim olunması davam etdirilir, bu barədə ətraflı məlumatı nazirliyin saytında (http://justice.gov.az/news/1695) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]
Ötən gün 73 cinayətin açılması təmin olunub
- 14.10.2026 [10:03]
Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək
- 14.10.2026 [09:57]