Kamil Bayramov Rostov klubunun yeni baş məşqçisidir
Moskva 18 dekabr, AZƏRTAC
Azərbaycanlı Kamil Bayramov “SKA Rostov-na-Donu” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Daha əvvəl o, ordu idman klubunun gənclər komandası ilə işləyib.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, “SKA Rostov-na-Donu” klubunun baş direktoru Sergey Çebotaryov və klubun idman direktoru Oleq Dovqalyov yeni baş məşqçi Kamil Bayramovu və onun köməkçisi Aleksandr Tatarkini komanda üzvlərinə təqdim ediblər. “SKA Rostov-na-Donu” klubu 2015-ci ildən onunla işləyən əvvəlki məşqçilərlə hesablaşdıqdan sonra yeni təyinatlar rəsmən elan ediləcək.
Qeyd edək ki, 45 yaşlı K.Bayramov daha əvvəl vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2-DQTU” klubuna başçılıq edib. Rusiya birinciliyinin yaz mövsümündə ordu klubunun özəyini məhz bu komandanın gənc futbolçuları təşkil edəcəklər. K.Bayramov dəfələrlə Azərbaycan çempionudur, onun “A” lisenziyası var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]