Kanadalı jurnalist: Azərbaycan müharibədə tezliklə tam qələbə qazanacaq
Qahirə, 7 noyabr, AZƏRTAC
Ermənistanda və Gürcüstanda fəaliyyət göstərən kanadalı jurnalist Neil Hauerin Səudiyyə Ərəbistanının ingilisdilli “Arabnews” qəzetində dərc edilmiş “Dağlıq Qarabağ münaqişəsində tezliklə həlledici məqam ola bilər” sərlövhəli məqaləsində Azərbaycan Ordusunun cəbhədə böyük qələbələr qazandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, cəbhə bölgəsində - Xankəndi və Şuşada olmuş kanadalı jurnalist Ermənistan silahlı qüvvələrinin artıq tamamilə məğlub olması və bütün Dağlıq Qarabağın Azərbaycan Ordusunun nəzarətinə keçəcəyi barədə fikirlərini bölüşüb. Qeyd edib ki, yaxın vaxtlarda müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatacaq.
Prezident İlham Əliyevin “Şuşa bizim tarixi şəhərimizdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” sözlərini sitat gətirən kanadalı jurnalist qeyd edib ki, sıldırım qayaların əhatəsində yerləşən bu şəhərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Ermənistanın bütün Dağlıq Qarabağı itirməsi demək olacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]