Kanadanın Baş naziri Ukraynaya əlavə hərbi yardım paketini elan edib
Kiyev, 11 iyul, AZƏRTAC
Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya 500 milyon Kanada dolları məbləğində yeni əlavə hərbi yardım paketini açıqlayıb.
AZƏRTAC bu barədə Ukrayna Prezidentinin İşlər İdarəsinə istinadla xəbər verir.
Trüdo Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində prezident Volodimir Zelenski ilə görüşüb. Onlar Rusiyanın bu yaxınlarda Ukraynaya raket hücumunu pisləyiblər. Kanada hökumətinin başçısı vurğulayıb ki, onun ölkəsi Rusiyanın Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına hücumu nəticəsində xəsarət alanlara lazımi tibbi yardım göstərməyə hazırdır.
Liderlər Ukraynanın müdafiə ehtiyaclarına toxunub və qırıcı təyyarələr koalisiyası çərçivəsində əməkdaşlığı koordinasiya ediblər.
Zelenski ukraynalı pilotlar üçün təlim missiyalarının genişləndirilməsinin zəruriliyindən danışıb. Tərəflər ukraynalı pilotlar üçün Kanadanın uçuş simulyatorları üzrə əlavə təlimlərin keçirilməsi və birinci Sülh sammitinin yekunlarına əsasən tematik görüşlərdən birinin Kanadada keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]