REGİONLAR
Karantin rejimini pozan vətəndaşlar cərimələnirlər
Ağsu, 6 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar respublikamızda aprelin 5-dən tətbiq olunan gücləndirilmiş karantin rejiminə bəzi vətəndaşlar tərəfindən əməl olunmur və onlar polislər tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.
AZƏRTAC-ın bölgə müxbiri bildirib ki, gücləndirilmiş karantin rejiminin ilk günündə Kürdəmir rayonunda polis əməkdaşları 2 vətəndaşı karantin rejimini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211 maddəsi ilə 100 manat məbləğində cərimə edib. Habelə, bir nəfər xidmətdə olan polis əməktadaşına tabe olmadığı üçün Cinayət Məcəlləsinin 535 maddəsinə uyğun olaraq saxlanılıb və polis şöbəsinə gətirilib.
Gücləndirilmiş karantin rejiminin birinci günündə Ağsu rayonunda karantin rejimini pozan 4 nəfərin, habelə Zərdabda 2 nəfərin hər biri 100 manat cərimələnib.