Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların dərsləri onlayn şəkildə davam etdirilir
Bakı, 13 aprel, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn şəkildə davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qeyri-üzvi kimya ixtisası, yüksəkmolekullu birləşmələr kimyası ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan faza diaqramlarının termodinamiki analizi və 3D modelləşdirilməsi fənnindən kimya üzrə elmlər doktoru, professor Asif Məmmədov, smart polimerlər fənnindən kimya üzrə elmlər doktoru, professor Nizami Zeynalov və kimyada hesablama metodları və proqramlaşdırma fənnindən texnika üzrə fəlsəfə doktoru, dosent Manaf Manafov tərəfindən dərslər onlayn rejimdə tədris olunub.
Bununla yanaşı, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]
Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]