İQTİSADİYYAT
Keçən il qlobal karbon emissiyaları 6,3 faiz azalıb
![Keçən il qlobal karbon emissiyaları 6,3 faiz azalıb](/files/2021/2/1200x630/1625903028360873599_1200x630.jpg)
Bakı, 10 iyul, AZƏRTAC
Ötən il enerji ilə əlaqəli qlobal karbon emissiyaları 6,3 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin hesabatında deyilir.
Bildirilir ki, pandemiyanın birinci ili olan 2020-ci ildə qlobal enerji tələbatı 4,5 faiz, enerji ilə əlaqəli qlobal karbon emissiyaları isə 6,3 faiz azalıb. Əvvəlki proqnozlarda enerji tələbatının təxminən 2,5 faiz azalacağı proqnozlaşdırılırdı.
Qlobal enerji tələbatı və karbon emissiyalarının azalması iqtisadi və sosial həyat, nəqliyyat kimi sahələrin pandemiya məhdudiyyətləri dövründə dayanması ilə əlaqədardır. Bu dövrdə neft istehlakında böyük şok yaşanıb. Belə ki, ötən il gündəlik 9,1 milyon barel və ya 9,3 faiz azalma yaşayan neft istehlakı 2011-ci ilin səviyyəsinə yaxınlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]