Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmişimizin və bu günümüzün şahidi olan muzeylər gələcəyin ən yaxşı bələdçisidir
18 may – Beynəlxalq Muzeylər Günüdür

Bakı, 17 may (AZƏRTAC). Mayın 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Günü - Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuşdur. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Beynəlxalq Muzeylər Gününün əsas məqsədi muzeylərin cəmiyyətin həyatında nə qədər mühüm bir rol oynadığını göstərməkdir.

Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər.

Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir.

Tarixi, maddi və mənəvi abidələrlə zəngin olan ölkəmizdə də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu peşə bayramı münasibətilə müxtəlif tədbirlər keçirilir, tariximizlə, mədəniyyətimizlə yaxından tanış olmaq məqsədi ilə mayın 18-də bütün muzeylərimizdə “açıq qapı” günü elan edilir.

Tarixi qaynaqlardan məlumdur ki, muzeylər zamanın müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinədir.

Muzey həm də şahiddir. O, eyni zamanda keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir.

Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir.

Muzey ilk növbədə insan əməyi, zəkası ilə yaradılan gözəllik deməkdir. Qiymətli sənət əsərlərinin məbədi sayılan muzeylərin sələfləri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdır. Bunlar əsasən məbədlərin və bəzi şəxslərin kolleksiyaları toplanan muzeyvarı təşkilatlar olmuşdur. Tədricən kolleksiyaların mövzu dairəsi genişlənmiş, elmi, mədəni, tarixi əhəmiyyəti artmışdır. Sonralar bu kolleksiyalar hesabına dünyanın bu gün öz şanı-şöhrəti ilə seçilən bir çox muzeylərinin əsası qoyulmuşdur.

Qədim əsərlərin yığılıb-toplanması əvvəlcə İngiltərədə başlamış, daha sonra Avropanın digər ölkələrində də oxşar işlər görülmüşdür. Qədim əsərlər, sənədlər bizə qədim dövrlərdə yaşamış insanların düşüncələri, inancları, həyat tərzləri, qabiliyyətləri haqqında məlumat verir. Keçmişi öyrənərək bu günü anlamağımıza kömək edir.

Əvvəllər muzeylərə hər kəsin getmək hüququ yox idi. Ondan yalnız dövlət rəhbərləri və alimlər faydalana bilərdilər. 1850-ci ildən etibarən isə muzeylərdəki əsərlər sərgilənərək ictimailəşmiş və xalqın marağına səbəb olmuşdur.

Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin ikinci onilliyinin əvvəllərində qoyulmuşdur. “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır. Azərbaycanın dəyərli eksponatları 1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur.

Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyevə, M.Muxtarova, M.Nağıyevə, bir sözlə, Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Bu muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır.

Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də muzeyə bəzən “Muzey içində muzey” deyirlər.

Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan qayalıqlarını, “Şirvanşahlar Sarayı Kompleksi”ni, Möminəxatun məqbərəsini, eləcə də Şuşa şəhərini göstərmək olar.

Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qalmışdır. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin əksi olan qədim xalça məmulatları talançıların əlinə keçərək mənimsənilmişdir. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarmışlar.

Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunmuşdur.

Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olmuşdur. Ölkəmizdə bu sahənin inkişafı, muzeylər şəbəkəsinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz həmişə muzeylərə böyük önəm vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda muzeylərin, xüsusilə tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin və digər profilli muzeylərin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirmişdir. Qısa müddətdə Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyi yaradılmışdır.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra mədəniyyət sahəsi, həmçinin muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir. 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Bu qanunda muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, onların uçotu və mühafizəsi, muzeylərə dövlət qayğısı və nəzarəti, muzey işçilərinin sosial müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdır.

Bu gün Prezident İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır, böyük layihələr həyata keçirilir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında” 2006-cı il 18 dekabr və “Müasir İncəsənət Muzeyinin yaradılması haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür.

Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı, 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” və digər normativ aktlar bu sahədə hüquqi bazanın formalaşdırılmasının əyani ifadəsidir. Həmin Sərəncama əsasən, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinin müasir tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmiş, muzeyin yeni binası tikilmiş və yaxın müddətdə istifadəyə veriləcəkdir.

Son dövrlər yaradılan muzeylərin sırasında ölkənin əksəriyyət şəhər və rayonlarında inşa edilmiş Heydər Əliyev Mərkəzlərini xüsusi qeyd etmək lazımdır.

Uğurlu dövlət mədəniyyət siyasətinin nəticəsidir ki, son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənmiş, beynəlxalq əməkdaşlıq sahəsində gözəl nəticələr əldə edilmişdir.

Azərbaycanın “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

Türkan Abdullayeva

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dayanıqlı inkişafın Qarabağ modeli: Şəhərsalma və iqlim öhdəliklərinin vəhdəti – Məqalə

Rumıniya Senatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib

Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib

Fərhad Abdullayev: “Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı çox dəyərli əsərdir

Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti beynəlxalq aqrar sərgi və forumlarda innovativ yanaşmalarını nümayiş etdirib

Şahin Mustafayev: Türk dillərində terminoloji yaxınlaşma prioritet istiqamətlərdəndir

Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək

Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub

Azərbaycan və Ukrayna uzunmüddətli strateji tərəfdaşlığın əsasını formalaşdırır – rəy

Nəzakət və intellektin vəhdəti - professor Nəzakət Məmmədli

Azərbaycan və Ukrayna regional çağırışlar fonunda strateji tərəfdaşlığı möhkəmləndirir – ekspert

Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və əlilliyi olan gənclər inklüziv musiqili festivalda iştirak ediblər

Türk dillərində tibbi terminologiyanın inkişafına töhfə verən yeni lüğət

Cənub bölgəsində urban landşaftlarının ekoloji dayanıqlığı araşdırılıb

Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Universitetlərdə psixoloji xidmətin təşkili: xarici təcrübə və UNEC modeli – dəyirmi masa

Gənc qızların təhsilinə dəstək layihəsinin beynəlxalq tərəfdaşlarla inkişafı nəzərdən keçirilib

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

MEK Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq forumda təmsil olunur

Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

ATƏT-in Minsk qrupu: Diplomatik uğursuzluq və riyakarlıq nümunəsi VİDEO

Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti

“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat

WUF13 Festivalı Sumqayıtda

Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb

Naxçıvanda üçəm dünyaya gəlib

Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda axtarış sistemləri bazarının göstəriciləri açıqlanıb

AzTU komandası “Game Summit 2026”nın qalibi oldu

Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

Ekspert: Ukrayna və Azərbaycan enerji təhlükəsizliyi və infrastrukturun qorunması sahəsində əməkdaşlığı genişləndirə bilər

Ombudsman: Ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas strateji istiqamətləri Ümummilli Liderin adı ilə bağlıdır

İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər - BMU-da seminar

AQTA: WUF13 tədbiri zamanı qidalanmanın təşkilinə nəzarət tədbirləri görülür

Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb

Ekspert: Avropa dövlət başçılarının Bakıya səfəri Azərbaycanın Avrasiya siyasi məkanında əhəmiyyətindən xəbər verir

Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib - tədqiqat

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qazaxıstan 2030-cu ilədək qeyri-xammal ixracını 52 milyard dollara çatdırmağı planlaşdırır

Ötən mövsüm “Qarabağ”ın gəlirləri 12,7 faiz artıb

Domeniko Letisiya: Azərbaycan–İtaliya münasibətlərində yeni dövr başlayır- ŞƏRH

Kərkicahan qəsəbəsində yeni həyat: Müasir infrastruktur və bərpa olunan ümidlər

BMT: Qlobal qum tələbatının artması ətraf mühiti təhdid edir

“Microsoft”dan 150 min dollar qrant cəlb edən ilk Azərbaycan AI-startapı bu dəfə “Cloudflare”dən 25 min dollar alıb – MÜSAHİBƏ

MEDİA-da dəyirmi masa: “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır”

Azərbaycan və Niderland arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

Təhsil İnstitutu 4-cü və 6-cı siniflər üçün çərçivə sənədi hazırlayıb

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb

Ali Məhkəmənin sədri: "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" kitabı xüsusi əhəmiyyətli nəşrdir

Sağlam gələcək naminə narkotiklərə yox deyək

KOBİA-nın rəhbəri sahibkarların müraciətlərini dinləyib

“Sabah”ın baş məşqçisi: Finalda digər klublar yox, özümüz üçün oynayacağıq

“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb

“Təhsildə sosial iş” xidməti çərçivəsində 460 uşağın dərsə davamiyyəti bərpa edilib

İraq generalı: Nəcəf səhrasında gizli yerləşdirilmiş desant qüvvəsi İsrailə məxsus olub

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub

Rizvan Nəbiyev: Azərbaycan hərbi qələbəni siyasi-diplomatik uğur və sülh modeli ilə tamamladı

Azərbaycan və bp əməkdaşlıq əlaqələrinin genişləndirilməsini dəyərləndirib

Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO

"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim edib

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

® Hidrosel nədir və necə müalicə olunur?

Azərbaycanın sağlamlıq turizmi potensialı beynəlxalq sammitdə nümayiş etdirilir

Sədr müavini: Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli logistika istiqamətlərindən birinə çevrilməkdədir

Ombudsman: Rusiya tərəfindən qaçırılan 2134 uşaq Ukraynaya qaytarılıb

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Fransız urbanist: Bakı genişmiqyaslı infrastruktur transformasiyalarını, şəhər innovasiyalarını və davamlı inkişafa sadiqliyi özündə birləşdirir

Tofiq Zülfüqarov: Keçmiş münaqişə dövründə Azərbaycana qarşı ideoloji təsir mexanizmlərindən istifadə olunurdu

Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb

MDU-da Birinci Türkoloji Qurultaya həsr edilmiş kitabın təqdimatı olub

İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration Limited” şirkəti arasında sənədlər imzalanıb

Natiq Məmmədli: Azərbaycan regionda öz gücü ilə sülh modeli formalaşdırıb

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub

Emin Hüseynzadə: WUF13 tədbirində iştirak üçün qeydiyyatdan keçənlərin sayının artacağını gözləyirik

“Real Madrid” Joze Mourinyo ilə anlaşıb

FAO-nun Regional Konfransının 35-ci sessiyasında Azərbaycandakı innovativ layihələrdən danışılıb

AzMİU-da “Memarlıq həftəsi”nə start verilib: İnnovativ yanaşmalar ön planda

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

İstanbulda 29-cu Avrasiya İqtisadi Zirvə Görüşü işə başlayıb VİDEO

Səhiyyə Nazirliyi: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur

Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH

Afrika-Azərbaycan biznes-forumunun təşkili ilə bağlı fikir mübadiləsi aparılıb

® “PAŞA Bank” İlkin Kütləvi Təklif çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzadıb

Lənkəranda zəncirvari qəza olub

ADAU BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin rəsmi üzvlüyünə qəbul edilib

Dünya Bankının “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müzakirələr aparılacaq

Xaçmazda "VAZ-21014" 60 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda keçiriləcək UFC turnirinin bütün döyüşləri açıqlanıb

Akademik: Ermənistan Azərbaycana qarşı məqsədli şəkildə ekoloji terror aktları törədib

WUF13 keçiriləcək ərazilərdə rabitə və İT infrastrukturu gücləndirilib – Açıqlama

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub VİDEO

Azərbaycan Kubokunun final matçı FIFA referisinə tapşırılıb

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub VİDEO