KEMDEN ABŞ-IN ƏN TƏHLÜKƏLİ ŞƏHƏRİDİR
ABŞ-ın ən təhlükəli şəhərləri siyahısına Massaçusets ştatının Nyuton, Nyu-York ştatının Klarkstaun və Amherst, Kaliforniya ştatının Vyeho, Nyu-Cersi ştatının Brik Taunşip şəhərləri də daxildir.
Şəhərdə cinayətkarlığın səviyyəsinin ən yüksək həddə qalxdığını eşidən Kemden rəhbərləri tədqiqatın nəticələrinin ədalətsiz olduğunu bildirmişlər. Delaver çayı sahilində yerləşən sənaye şəhəri Kemdenin hakimiyyət orqanlarında korrupsiyanın, şəhərin özündə isə qətllərin və narkoticarətin səviyyəsi ən yüksək həddə çatmışdır. Əksər təqiqatların nəticələrinə görə, Kemden ABŞ-ın ən yoxsul şəhərləri siyahısına daxil edilir.
“Morqan Quitno Press” illik hesabatını Federal Təhqiqat Bürosunun məlumatları əsasında hazırlayır. Tədqiqatlar, əsasən, 75 min nəfərdən çox əhalisi olan şəhərlərdə aparılır. Cinayətkarlığın səviyyəsi altı kateqoriyada – qətllər, zorlama, qarət, oğurluq, bədən xəsarəti yetirmə və avtomobil qaçırma kimi cinayət növləri əsasında müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:40]
Omanla Qazaxıstan arasında sənədlər imzalanıb
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]