KƏND SAKİNİNİN HƏYƏTİNDƏ 1,2 KİLOQRAMMARİXUANA AŞKAR EDİLMİŞDİR
Masallı rayonunun Göyəçöl kənd sakini Fuad Nəsirovdan və Yadigar Əliyevdən 14,6 qram tiryək, 69,2 qram marixuana və 7 qram çətənə toxumu aşkar edilərək götürülmüşdür. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində müəyyən edilmişdir ki, Yadigar Əliyevin həyat yoldaşı Arifə və həmkəndlisi Zərnisə Hüseynova narkotik xassəli bitki əkib-becərmişlər. Zərnisə Hüseynovanın həyətinə baxış zamanı 1,2 kiloqram marixuana aşkar edilmişdir.
Faktlarla bağlı cinayət işi açılmışdır.