KƏND SAKİNLƏRİ MİNNƏTDARLIQ EDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü ərəfəsində Şəmkir rayonunun Təzəkənd kəndində 768 nömrə tutumu olan yeni elektron ATS istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə rayon rabitə qovşağının rəisi Cavanşir Yusifov çıxış edərək, son illər ölkədə aparılan islahatlardan danışmış, bütün sahələrdə olduğu kimi, rabitə sistemində də əldə olunan inkişafı ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi kimi dəyərləndirmişdir.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Şəmkir rayonunda aparılan abadlıq və quruculuq işlərini qeyd etmiş, istifadəyə verilən yeni elektron ATS-i bu inkişafın məntiqi davamı kimi qiymətləndirmişlər. Mərasim iştirakçıları yeni ATS-in iş prinsipi ilə tanış olmuşlar.