KƏNDİN SOSİAL PROBLEMLƏRİ HƏLL EDİLİR
Elektrik enerjisi təchizatında fasilələrin aradan qaldırılması üçün kənddə 8 yeni transformator quraşdırılmış, 18 kilometrlik elektrik xətti dəyişdirilmişdir. Səfikürd-Tatarlı kəndləri arasında yeni körpünün salınması da əhali tərəfindən razılıq və minnətdarlıqla qarşılanmışdır. Hazırda kəndarası yollarda təmir-abadlıq işləri davam etdirilir.
Uzun illər qəza vəziyyətində olan 1176 yerlik kənd orta məktəbin binasının əsaslı təmirinə başlanmışdır. Təmir işlərinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulmuşdur.