Keniyada avtobus qəzası nəticəsində azı 50 nəfər ölüb VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Keniyanın qərb hissəsində avtobusun qəzaya uğraması nəticəsində azı 50 nəfər həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polis nümayəndəsi James Mogera qəzanın bu gün səhər saatlarında Keriço dairəsi yaxınlığındakı Fort-Ternan şəhərində baş verdiyini deyib.
Reys avtobusu Nayrobidən Kisumu şəhərinə gedirdi. Şahidlərin sözlərinə görə, 67 yerlik avtobus sərt yoxuşda yoldan çıxaraq aşıb və 20 metr hündürlükdən dərəyə yuvarlanıb.
Hazırda qəza yerində xilasedicilər və polis əməkdaşları işləyir. Avtobusun içərisində hələ də insanlar qaldığı üçün ölənlərin sayının artacağı istisna olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]