“Kəpəz”–“Admira” oyununu rusiyalı hakimlər briqadası idarə edəcək
Bakı, 18 iyul, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kəpəz” (Gəncə) - “Admira” (Avstriya) oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, matç rusiyalı hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona həmyerliləri Valeriy Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, “Kəpəz”-“Admira” oyunu iyulun 20-də “Dalğa Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]