“Kəpəz” klubu Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdır
Bakı, 26 iyul, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubu Türkiyədəki təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdır. Komanda Ərzurumda olduğu 10 gün ərzində gündə iki dəfə məşq edib. Futbolçular fiziki, texniki və taktiki çalışmalar üzərində işləyiblər.
AZƏRTAC xəbər verir ki, Ərzurum hazırlığı dövründə “sarı-göylər” 3 yoxlama oyunu keçiriblər. Gəncə klubu Türkiyənin 1-ci Liqa təmsilçiləri ilə qarşılaşıb. “Kəpəz” ilk oyunda “Samsunspor” (1:2), daha sonra “Ankaragücü” (0:2), son yoxlama matçında isə “Elazığspor” (0:0) ilə görüşüb.
“Kəpəz” artıq 3 ildir ki, mövsüm öncəsi yay təlim-məşq toplanışını Ərzurumda keçirir. Komanda bu dəfə də Türkiyəni xoş təəssüratlarla tərk edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]