“Kəpəz”in futbolçusu: Səhvlərimizi düzəltməli və inkişaf etməliyik
Bakı, 7 oktyabr, AZƏRTAC
“Bura gəldiyim üçün xoşbəxtəm, amma xoş olmayan bəzi durumlar var. Ev oyunlarını uduzmuşuq. Bu komanda üçün heç də yaxşı hal deyil. Öz üzərimizdə işləyib səhvlərimizi düzəltməli və inkişaf etməliyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Giorgi Papunaşvili klubun mətbuat xidmətinə açıqlamasında deyib. Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, komanda məsuliyyəti dərk edərək səhvlərindən nəticə çıxarmalıdır: “Azarkeşlərin oyun zamanı hər dəfə mənim adımı çağırmaları olduqca sevindiricidir. Görünür, mənə inam bəsləyirlər. Amma komanda uduzduğu halda kimisə yaxşı oyunçu kimi fərqləndirməməliyik. Deməli, hamımız səhv etmişik”.
28 yaşlı oyunçu hər yerdə ona qarşı isti münasibətin bəsləndiyini vurğulayıb: “Bura mənim çox xoşuma gəlir. Əla bazamız var və gənc oyunçulara örnək olmaq istəyirəm. Təbii ki, əsas məqsədim komandama yardımçı olmaqdır. Azarkeşlərimiz möhtəşəmdirlər. Bizi sevirlər və heç zaman dəstəklərini əsirgəmirlər. Komandaya görə narahat olduqlarının fərqindəyəm. Lakin biz geridönüş edib daha yaxşı nəticələr əldə edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]