KƏRPİC ZAVODUNDA 200 NƏFƏR İŞLƏ TƏMİN OLUNACAQDIR
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə avadanlığın dəyişdirilməsinə 750 milyon manat ayrılmışdır. Aprelin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan zavodda ildə bir milyon ədəd kərpic istehsal olunacaqdır. Yeni texnologiyanın tətbiqi nəinki məhsulun yüksək keyfiyyətini təmin edəcək, həm də enerji məsrəfini minimuma endirəcəkdir.
Hazırda 40 nəfərədək işçinin çalışdığı müəssisədə aprel ayında daha 160 nəfər işlə təmin ediləcəkdir.