Kəşfiyyat və istehsal sahələrində investisiyaların azalması dünya neft təchizatında böhran yarada bilər
Qahirə, 17 oktyabr, AZƏRTAC
Son on ildə kəşfiyyat və istehsal sahələrində investisiyaların azalması səbəbindən dünya neft təchizatında böhran ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu "Saudi Aramco"nun prezidenti və icraçı direktoru Əmin ən-Nasir "Financial Times" qəzetinə müsahibəsində deyib.
“Dünyada neftə olan tələbat artsa da, ciddi şəkildə investisiya qoyuluşu bərpa olunmazsa, neft təchizatında böhran yarana bilər”, - deyə Əmin ən-Nasir vurğulayıb.
Yeri gəlmişkən, OPEK-in Baş katibi Heysəm əl-Ğays da Moskvada keçirilən "2025-ci il Rusiyanın Enerji Həftəsi" konfransında neft və qaz sektorlarının daha çox investisiyaya ehtiyacı olduğunu qeyd edib. O, dünyada 2050-ci ilə qədər indiki səviyyələrə nisbətən 23% daha çox enerjiyə ehtiyac olacağını vurğulayıb.
Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, bu il neft və qaz sahəsinə olan investisiyaların 6% azalaraq 420 milyard dollara enməsi gözlənilir. Bu koronavirus pandemiyasından bəri ilk illik azalma olacaq.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]