“Keşlə” komandası futbol üzrə Azərbaycan kuboku yarışında yarımfinala yüksəlib
Bakı, 14 dekabr, AZƏRTAC
Bakının “Keşlə” klubu futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların dörddəbir final mərhələsi çərçivəsində dekabrın 14-də səfərdə “Kəpəz” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Orxan Məmmədovun idarə etdiyi matçın 33-cü dəqiqəsində qonaqlar Mirsahib Abbasovun qolu ilə hesabı açıblar. Fasilədən sonra - 48-ci dəqiqədə Şəhriyar Rəhimov hesabı bərabərləşdirib -1:1. Matçın 79-cu dəqiqəsində Kamran Abdullazadə “Kəpəz”i hesabda önə çıxarıb - 2:1. Lakin qonaqlar oyunun 81-ci dəqiqəsində Pərdis Fərcad-Azadın qolu ilə oyunda tarazlığı bərpa ediblər - 2:2. Lakin bu da oyunda sonuncu qol olmayıb. Matçın 89-cu dəqiqəsində Mirsahib Abbasov özünün ikinci, “Keşlə”nin üçüncü topunu rəqib komandanın qapısından keçirib. Beləliklə, matç “Keşlə”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bakıda keçirilən ilk oyunda da 2:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi iki oyunun nəticəsinə görə yarımfinala vəsiqəni təmin edib.
Günün növbəti qarşılaşmasında “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]