“Kitabxana – koronavirusa YOX deyir!” layihəsi davam edir
Bakı, 6 aprel, AZƏRTAC
Yeni növ koronavirusun (COVID-19) yayılmasının ölkəmizdə arzuolunmaz həddə çatmasının qarşısını almaq üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana - koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasını davam etdirir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana, eyni zamanda, karantin rejimi müddətində oxuculara virtual xidmət göstərərək #evdəqal çağırışını dəstəkləyir.
Aksiya çərçivəsində tanınmış uşaq yazarı Gülzar İbrahimova uşaqlar uçun yazdığı poemasını kitabxanaya təqdim edib. Nikbin sonluqla bitən poemada insanların tezliklə bu bəladan, dərddən qurtulacağına əminlik ifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]