Kitabxanada “Gözlərdən axan yaş” mövzusunda söhbət aparılmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Xəbər verildiyi ki, Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, MKS-in 1 nömrəli filialında oxucularla “Gözlərdən axan yaş” mövzusunda söhbət aparılmışdır.
Çıxışlarda 20 Yanvar faciəsi, ölkənin, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalması haqqında ətraflı məlumat verilmişdir. Nəzərə çatdırılmışdır ki, yalnız 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır.
Tədbirdə mövzu ilə əlaqədar sərgi də nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]