Kitabxanada “Qanla yazılmış şərəf salnaməsi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) 20 Yanvar - ümumxalq hüzn gününə həsr olunmuş “Qanla yazılmış şərəf salnaməsi” mövzusunda tədbir keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə MKS-in əməkdaşları, Humanitar Fənlər Liseyinin, 48, 261 nömrəli məktəblərin şagirdləri, mədəniyyət işçiləri, kitabxananın oxucuları iştirak etmişlər.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Kitabxananın direktoru Oruc Quliyev canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların xatirəsinin respublikamızın hər yerində böyük ehtiramla yad edilməsindən, bu günün qəhrəmanlıq səhifəsi kimi xatırlanmasından söz açmışdır. Digər çıxışlarda da 20 Yanvar faciəsi, ölkənin, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalması haqqında ətraflı məlumat verilmişdir.
Tədbirdə qəhrəmanlıq mövzusunda ədəbi-musiqili kompozisiya təqdim olunmuşdur.
Sonda mövzu ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]