Kitabxanada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar “Xocalı genosidi!” şüarı altında tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Tahir Sadıqov, cəmiyyətin prezidenti Tofiq Əlizadə, hərbçi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlü və başqaları çıxış edərək faciənin mahiyyəti və acı nəticələri barədə ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda misli görünməmiş, insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər.
Natiqlər XX əsrin sonlarında işğalçı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsindən, azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən danışmış, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamış, bəzi dövlətlərin azərbaycanlıların başına gətirilmiş bu və digər faciələrə biganə yanaşmalarını təəssüf hissi ilə qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]