SİYASƏT
Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib
Kiyev, 25 fevral, AZƏRTAC
Ukraynanın Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev