Azərbaycan Dövlət İnformasiya Agentliyi

Klopp bizim dostumuz deyil, yaxud həqiqət daha qiymətlidir

Klopp bizim dostumuz deyil, yaxud həqiqət daha qiymətlidir

“Çelsi” - “Arsenal” matçı ərəfəsində düşüncələr

Bakı, 13 may, AZƏRTAC

Mayın 29-da Bakı Olimpiya Stadionunda futbol üzrə Avropa Liqasının final matçı oynanılacaq. Bununla bağlı qərar təxminən bir il əvvəl UEFA tərəfindən qəbul edilib. Azərbaycan bu möhtəşəm idman bayramının keçirilməsinə hazırlaşıb, yerli azarkeşlər isə Bakıda hansı komandaları görəcəkləri barədə ehtimallar irəli sürüblər. Azərbaycanın futbol həvəskarlarının çoxu finala “Çelsi” və “Arsenal” komandalarının çıxacağını proqnozlaşdırırdılar. Bu da təbiidir, çünki liqanın iştirakçıları arasında bu klublar daha adlı-sanlıdırlar.

Beləliklə, “Çelsi” - “Arsenal” Bakıya gəlirlər. Azərbaycan artıq dünya miqyaslı növbəti tədbirlərin keçirilməsi ərəfəsində öz ünvanına müxtəlif ittihamların, böhtanların və təhlükəsizliklə əlaqədar qiymətləndirmədə qərəzli fikirlərin ünvanlanmasına alışıb. Adətən bu ittihamlar tədbirlərdən daha çox əvvəl meydana çıxırdı. Bu dəfə bədxahlarımız şübhəli şəkildə oturub son məqamadək gözləyiblər. Finala təxminən iki həftə qalmış isə, Azərbaycana qarayaxma üzrə növbəti kampaniyaya başlanılmasının siqnalı verilib. Əlbəttə, buna da alışmaq olardı, lakin ölkəmiz bu cür hücumlara həmişə konkret işlə cavab verib.

2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları bir sıra ölkələrin rəhbərlərinin və mütəxəssislərin qənaətinə görə, heç də Olimpiya Oyunlarından pis deyil, bir sıra məqamlarda isə, daha yaxşı təşkil olunmuşdu. Amma bu Oyunların ərəfəsində Azərbaycanda nə qədər çox çirkab atılmışdı. Bakı artıq dörd ildir ard-arda Formula 1 mərhələsini uğurla keçirir. 2012-ci ildə ölkəmizin paytaxtı “Eurovision” mahnı müsabiqəsini təşkil edib. Bir çox iştirakçıların və qonaqların rəyinə görə, Azərbaycan bu musiqi müsabiqəsinin təşkilinin səviyyəsinə görə tədbiri keçirən bir çox ölkələrdən üstün olub. 2016-cı ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, yüksək səviyyədə təşkil olunmuş çempionatlar və dünya kubokları, dünya miqyaslı siyasi, humanitar forumlar göstərir ki, beynəlxalq təşkilatlar tədbirlərin keçirilməsi yerinin seçilməsində Azərbaycana üstünlük verirlər. Son 15 ildə Azərbaycanda təşkil edilmiş dünya, Avropa miqyaslı bütün tədbirləri saysaq, buna bir qəzet səhifəsi də yetməz.

Daha bir əhəmiyyətli məqamı xatırlatmaq lazımdır. Bakıda NATO və Rusiyanın hərbi komandanlıqlarının bir neçə görüşləri keçirilib. Bu faktlar və ölkəmizin həmin tədbirlərin keçirilməsi üçün seçilməsi Azərbaycanın necə etibarlı ölkə olduğunu göstərir.

Bütün dünya çılğın britaniyalı azarkeşlərin stadionlardakı davranışına çox yaxşı bələddir. Bu azarkeşlər başqa ölkələrə uçduqda isə, qanun keşikçiləri onların gəlişinə xüsusi hazırlıq görürlər. Əlbəttə, Azərbaycan da bu məsələdə istisna deyil.

İnternetin yaranması dünyanın virtual xəritəsini daha da kiçildib. Biz axtarış sistemində təkcə üç sözü - “Londonun kriminal rayonları” kəlmələrini yığırıq. Cəmi 0,33 saniyə ərzində axtarış sistemi bizə 1,5 milyon xəbər təqdim edir. Turistlər üçün qorxulu xəbərdarlıqlar uyduran Böyük Britaniya XİN əməkdaşlarına da özgə gözündə saman çöpü axtarmaqdan əvvəl bu siyahıya nəzər yetirməyi məsləhət görürük. Londonun ən təhlükəli rayonları - İslinqton, Kensinqton və Çelsi, Kamden, Hakni, Lambet, Tauer-Hamlets, Hammer-Smit, Fulemə rast gəlirik. Biz Bakı üçün də eyni axtarışı veririk. Axtarış edən 0,44 saniyə ərzində 382 min məlumat tapıb. Bu xəbərlərdə biz məsləhət görülməyən, yaxud təhlükəli olaraq göstərilən bir konkret məkana da rast gəlmədik.

Əgər SSRİ dövründə Bakıda harada gəzməyin təhlükəli olduğunu soruşsaydılar, yerli sakinlər iki-üç yerin adını çəkərdilər. Bu gün isə paytaxtımızda, həm də bütün Azərbaycanda bu cür yerlər yoxdur. Gecə saat üçdə siz Bakıda sakitcə öz qız rəfiqənizə çiçək ala, onunla qəhvə içə, küçələrdə və parklarda gəzə bilərsiniz və kimsə sizə barmağı ilə toxunmaz. Avropa paytaxtlarının demək olar ki, əksəriyyətində kriminal və çox təhlükəli rayonlar var. Çempionlar Liqasının finalının keçiriləcəyi həmin Madrid də heç də mələklər şəhərinə bənzəmir.

Azərbaycan xalqı qonaqpərvər və işgüzardır. Azərbaycanlıların qonaqsevərliyi haqqında əfsanələr dolaşır və biz bununla fəxr edirik. Bakıda və ölkənin digər ərazilərində çoxlu otellər, restoranlar, kafelər fəaliyyət göstərir. Burada hər bir turist özünü evindəki kimi hiss edir.

2020-ci ildə Tokioda Olimpiya Oyunları keçiriləcək. Efiopiyalı, sudanlı və ya argentinalı idmançıların oraya necə uçub çatacağı haqqında kimsə düşünübmü? Yəqin ki, yox. Bu nöqteyi-nəzərdən finalçı komandaların üzvlərinin və azarkeşlərinin Bakıya necə gələcəkləri haqqında məsələnin “Liverpul” klubunun baş məşqçisi Yurgen Kloppu belə qayğılandırması heyrətamizdir. Doğrudanmı o, Tokio Olimpiadası ərəfəsində də Böyük Britaniya yığmasını uzaq məsafəyə uçmaqdan çəkindirəcək. “Liverpul”un baş məşqçisinin mövqeyi və rəyi çox anlaşılmazdır. O özü Dortmundun “Borussiya” komandasına başçılıq etdiyi vaxt Bakıya gəlib. Həmin vaxt məşqçi Bakı haqqında, uzaq məsafəyə uçuş barədə, otellərlə bağlı heç bir mənfi fikir söyləməyib. Onun paytaxtımıza gəlməsindən 9 il sonra da həmin məsafə dəyişməyib. Əgər paytaxtımız Klopp üçün dünyanın o biri başıdırsa, Bakı üçün də London planetin o biri ucu və Avropanın ucqar yeridir. Hər kəs özünün yerləşdiyi ərazi baxımından fikir yürüdür. Əgər hər bir tədbir, idman yarışları üçün reyslər açılsaydı, onda təyyarələr də bəs etməzdi.

Düşünürəm ki, oyunçularının “Barselona” üzərində qələbəsindən sonra Kloppda başgicəllənməsi yaranıb. O, indi hesab edir ki, hamını və hər şeyi, o cümlədən UEFA-nın qərarını da tənqid edə bilər.

Mayın 9-da Bakı stadionunun meydançasına 22 futbolçu çıxacaq. Ən yaxşı halda onlardan 7-8-i ingilis olacaq. 1966-cı ildə isə Dumanlı Albionda keçirilən dünya çempionatının final matçında İngiltərə və AFR yığmaları qarşılaşıb və meydan sahiblərinin komandasının tərkibində meydançaya çıxanların hamısı ingilislər olub. Matç iyulun 30-da “Uembli” stadionunda keçirilib və ona 98 min tamaşaçı baxıb.

Futbolun banilərinin tarixində ilk və son dəfə olaraq onların kapitanı dünya kubokunu öz başının üzərində qaldırıb. Azərbaycanın bu matça aiddiyyətinin nə olduğunu isə bir sözlə ifadə etmək olar - Tofiq Bəhramov. Əfsanəvi həmyerlimiz özünün obyektiv hakimliyi ilə ingilislərə dünya çempionu olmaqda “kömək” edib. Tofiq Bəhramovu İngiltərədə sevirlər, ona hörmət edirlər, əfsanə kimi öz dünya çempionları qədər ehtiram bəsləyirlər.

2004-cü il oktyabrın 14-də Bakıda keçirilən dünya çempionatının silsilə seçmə oyunları çərçivəsində Azərbaycan və İngiltərə yığmaları arasında matç ərəfəsində hazırda məşhur hakimin adını daşıyan stadionun girişində onun futbol qarşısında xidmətlərinə hörmət əlaməti olaraq heykəli açılıb. Lakin o vaxt 3 min ingilis azarkeşinin geyim forması hamını heyrətə saldı. Şiddətli yağış və pis hava şəraitinə rəğmən, ingilis azarkeşlər öz yığmalarının milli formasını geyinmişdilər, onların hamısının arxasında isə “Tofiq Bəhramov” yazılmışdı.

Yurgen Klopp hər hansı bir ingilis komandası ilə çempionlar liqasının 10 titulunu da qazana bilər, lakin Dumanlı Albionun azarkeşlərinin əksəriyyəti üçün “Bakı”, “Azərbaycan” və “Bəhramov” qələbə, futbola sevgi rəmzi olacaq və bu həmişəlikdir.

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub