“KOÇBANK-AZƏRBAYCAN”IN NÜMAYƏNDƏLƏRİ BAKI BANKLARARASI VALYUTA BİRJASINDA OLMUŞLAR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qonaqlar BBVB-nin rəhbərliyi, birjanın fəaliyyəti və hərracların keçirilmə texnologiyası, habelə birjanın valyuta və kredit bazarlarının inkişafına dair perspektiv layihələri ilə tanış olmuşlar.
Görüş zamanı BEST sisteminin (Hərracların Birja Elektron Sistemi) və BMKB-nin (Banklararası Mütəşəkkil Kredit Bazarı) işi nümayiş etdirilmiş, valyuta bazarının inkişafı və ilin sonunadək tətbiq ediləcək SWAP alətləri barədə qonaqlara ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [16:49]