KOICA proqramı çərçivəsində təhsil
Bakı, 8 aprel (AZƏRTAC). Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri, institut tədqiqatçıları üçün Pukyong Milli Universitetinin Balıqçılıq elmləri üzrə 14 aylıq (iyul 2011- avqust 2012) beynəlxalq magistr proqramı elan edilmişdir.
Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqramda 60 tərəfdaş ölkədən 20 nəfər iştirak edəcəkdir.
Namizədlər bakalavr dərəcəsinə malik dövlət rəsmisi, institut tədqiqatçısı və ya dövlət sektorunun işçisi olmalı, ingilis dilini yüksək səviyyədə bilməli, əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidirlər.
Təhsil haqqı, yaşayış yeri, yemək, kitablar və materiallar, proqram vaxtı səfərlər, ölkəyə daxil olduqdan sonra tibbi yoxlama xərcləri və gündəlik xərclər KOICA tərəfindən ödəniləcəkdir.
Proqramda iştirak etmək arzusunda olanlar ətraflı məlumatı və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (tel: 496 34 00, daxili:248) müraciət edə bilərlər. Sənədlər aprelin 16-dək həmin şöbədə qəbul olunur. Bütün sənədlər ingilis dilinə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Pukyong Milli Universitetinin ərizə formalarını http://oir.pknu.ac.kr/eng saytından çap etmək mümkündür.