KOMBİNAT İSTEHSAL GÜCÜNÜ ARTIRIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Göyçay qida məhsulları kombinatı ili uğurla başa vurur. Kombinatda nar şirəsi və heyva cemi istehsal olunur. Yeni texnoloji avadanlıq keyfiyyətli məhsulların hazırlanmasına imkan yaratmışdır. Şirə və cemlər respublika bazarlarına, habelə xarici ölkələrə göndərilir.
Hazırda kombinatında 40 nəfər çalışır. Cari ildə əhalidən 500 ton nar və heyva qəbul edilmişdir ki, bu da ötən ildəkindən xeyli çoxdur. Bu məhsuldan təxminən 200 ton şirə və cem istehsal olunacaqdır. Əldə olunan gəlir əmək haqlarının artırılmasına, habelə yeni axın xətlərinin açılmasına sərf ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]