KONSTİTUSİYA MƏHKƏMƏSİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNMƏSİNƏ XÜSUSİ ÖNƏM VERİR
Ksavyer Filip Konstitusiya Məhkəməsi ilə Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu əməkdaşlıq çərçivəsində humanitar hüququn mənimsənilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinin əməkdaşları üçün tədris xarakterli dəyirmi masanın və təlim kurslarının keçirilməsi təklifini irəli sürmüşdür.
Konstitusiya Məhkəməsinin sədri qonağa təşəkkürünü bildirərək, məhkəmənin fəaliyyətində beynəlxalq hüquqa daim diqqət yetirildiyini söyləmiş, məhkəmə əməkdaşlarının işinin daha da təkmilləşdirilməsi və onların maarifləndirilməsinə yönəlmiş bu cür tədbirlərin birgə keçirilməsinin əhəmiyyətli olduğunu vurğulamışdır.
Görüşdə Konstitusiya Məhkəməsi ilə Qırmızı Xaç Komitəsi arasında ikitərəfli əməkdaşlığın digər perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.