Koreya Respublikasının Baş naziri Azərbaycana rəsmi səfər edəcək
Seul, 20 noyabr, AZƏRTAC
Koreya Respublikasının Baş naziri Çunq Honq-von noyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək.
Baş nazirin ofisinin noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, Çunq Honq-vonun Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşlərdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
Bu, Koreya Baş nazirinin Azərbaycana ikinci səfəridir. Bundan əvvəl, 2008-ci ilin mayında o zamankı Baş nazir Han Seunq-sun Azərbaycanda rəsmi səfərdə olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]