Koronavirus pandemiyası təhlükəsinə qarşı dezinfeksiya işləri aparılır
Ağsu, 14 aprel, AZƏRTAC
Ağsu rayonunda COVID-19 pandemiyasına qarşı profilaktik tədbirlər davam edir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar sanitariya-gigiyena, əks-epidemik tələblərin yerinə yetirilməsinə nəzarət gücləndirilib, bütün təhsil müəssisələrində, 5 şəhər və 3 kənd uşaq bağçasında, ümumiyyətlə, 46 obyektdə dezinfeksiya işləri aparılıb. Rayonda COVID-19 xəstəsi qeydə alınan bütün mənbələrdə dərhal dezinfeksiya işləri aparılır, hər bir xəstə nəzarətə götürülür.