Koronavirus pandemiyasına qarşı mübarizədə əhalinin maarifləndirilməsi məqsədilə sosial aksiya keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsi koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə əhalini maarifləndirmək məqsədilə sosial aksiya keçirib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, aksiyada idarənin əməkdaşları və könüllü gənclər vətəndaşlara maarifləndirici broşürlər və tibbi maskalar paylayıb, pandemiyaya qarşı mübarizə qaydalarına riayət olunması və bu infeksiyadan qorunmaq üçün vaksinasiyanın vacibliyi barədə əhalini məlumatlandırıblar. Aksiya zamanı vətəndaşlara karantin rejiminin tələblərinə və sanitar-gigiyenik normalara riayət edilməsi tövsiyə olunub. Həmçinin sakinlərə daim ehtiyatlı davranmaq, tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamağın zəruriliyi haqqında məlumat verilib.