Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köynəyi yaşıl oğlanlar

Bakı, 11 iyun, AZƏRTAC

Bütün insanların tərcümeyi-halında məzmun və mahiyyətcə eynilik təşkil edən, yaşadığı ömür yolunda mütləq olan sətirlər var: doğulduğu tarix, təhsili, iş yerləri, bu sıradan şəxsi həyatına məxsus illərin əksi… və nə vaxtsa haqqa qovuşduğu tarix. Bunlar ali varlığın yaşadığı tale, pozulmayan alın yazısıdır. Fərqli olan isə necə yaşamasıdır. Enişli-yoxuşlu yollardan, mübarizələrdən keçərək ləyaqətli bir ömrü haqq etmək də, boşuna yaşayıb özündən sonra bir iz qoymamaq da həyat vərdişindən yaranır. Əslində hər ikisi də insanın doğulduğu ailədə aldığı tərbiyədən qanına-canına hopur. Kiçiklər böyüklərdən gördüklərini əxz edirlər. Onların hansı əxlaqda, düşüncədə olmaları da məhz burdan rişələnir...

Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, yazıçı, publisist Şəfəq Nasirin Böyük Vətən savaşında şəhidlik zirvəsinə ucalan iki dost - Munis Abbaslı və Toğrul Atakişiyevin xatirəsinə həsr etdiyi “Köynəyi yaşıl oğlanlar” məqalədə yer alıb. AZƏRTAC yazını təqdim edir.

Yaxın günlərdə Beyləqana səfərim zamanı ulu yurdda doğulan, qədim torpağın suyu, çörəyi ilə böyüyüb yetkinlik yaşına çatan, elin təbirincə desəm, çiçəyi burnunda gedən iki dostun, şəhidin ailəsində olarkən təkzibi olmayan bu həqiqəti bir daha düşüncəmdən keçirdim... Haqqında söz açmaq istədiyim dostlar eyni ildə (2000) doğulub, bir sinifdə oxuyublar, həm də bir küçədə yaşayırdılar, qonşuydular. Kim bilir, yeniyetməlik köynəyindən təzəcə çıxmış bu oğlanların qəlbində göy qurşağı gözəlliyində nə qədər arzuları, istəkləri varmış. Elə eyni dərdlə, toxdaqlıqla yaşayan, sinələri qürur hissilə döyünən anaların da oğullarından miras qalan dostluğu oxşar talelərində yaşamaq qisməti varmış. Hələ qara paltarlarını əyinlərindən çıxarmayan anaların həyat vərdişləri od olub ürəyimi qarsdı. Ətrini oğlunun şəkillərindən, əsgər paltarlarından alan hər iki ana elə bil doğma ruhların arasında gəzirdilər. Gecənin bir aləmində darvaza taqqıltısından diksinib oyanan, gözləri yollardan yığılmayan dərddaşların, acısını öynəsinə yavanlıq edən anaların havasından necə qarsılmayasan…

İlk döydüyüm darvaza şəhidimiz Munis Həbibulla oğlu Abbaslının yaşadığı ev oldu. Həyətə ayaq qoyandan evin adamları məni araya aldılar. Gəlişimin məqsədini açıqlamasam da duymuşdular. Qəfil qonaq - qələm adamı şəhidin yaşadığı evə hansı məqsədlə gələr! Gözləri üzümə zillənən ata-ana haradan və nədən başlayacağımın intizarındaydı. Mənimsə müsahiblərimə sualım yox, ricam oldu: mənə Munisin həyatından danışın.

Ata oğulun ləyaqətlə yaşadığı gödək ömrünə işıq çilədi: Nəzərimdə hələ dünənki uşaq olan Munis elə bil birdən boy atdı. Onun könüllü olaraq müharibəyə gedib cəsarətlə döyüşməsi, düşmənə qan uddurması oğlumu gözümdə ucaltdı. Munisin ən böyük arzusu 30 ilə yaxın işğalda olan dədə-baba torpaqlarımızı azad etmək, erməni təxribatlarının qarşısını almaq, qollu-qüvvətli igid kimi düşmənin qabağında sipər olmaqdı. Oğlum son nəfəsinəcən məqsədi yolunda döyüşdü…

Munis Həbibulla oğlu Abbaslı 2000-ci il martın 18-də qədim yurd yerlərimizdən olan Beyləqanda doğulub. 2006-2017-ci illərdə şəhər 2 nömrəli orta məktəbdə təhsil alıb. Elə bu illərdə əxlaqı, istiqanlı olması, dosta sədaqəti, daim öz üzərində çalışması ilə hamının rəğbətini qazanıb. İdmanı (sərbəst güləşlə məşğul olub) həyat tərzində inkişaf etdirən məktəbli oğlan 2010-cu ildə yarışlara qatılaraq birincilik qazanıb.

M.Abbaslı 2018-2019-cu illərdə Sərhəd Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissədə hərbi xidmətdə olub. Əsgərlikdən sonra (2 oktyabr 2019) Azərpambıq MMC-nin Beyləqan pambıq emalı zavodunda yanğından mühafizə xidmətində işə qəbul olunub. 2020-ci ilin 25 avqustuna qədər burada çalışıb. Həmin vaxtda Munisin məqsədi müddətdən artıq hərbi xidmətdə olmaq idi. O, fikirləşmədən sənədlərini Hərbi qulluqçuların hazırlığı kursuna verir və müraciətinə əsasən kurs keçən Munis Beyləqan rayonunda yerləşən “N” saylı motoatıcı hərbi hissəsinin Piyadanın Döyüş Maşını (PDM-3) taborunda PDM-li manqanın baş atıcısı vəzifəsində xidmətə başlamış, cəmi 19 gün hərbi təlim keçmişdi. Arzularının beşiyi olan ürəyində təhsilini davam etdirmək də vardı. Odur ki, sənədlərini Ağdam Dövlət Sosial İqtisad Kollecinə verib. Qəbul olunduğu haqda xəbəri eşidəndə o, cəbhədə idi. Çünki, işğalda olan torpaqlarımızı faşist xislətli ermənilərdən azad etmək istəyi ondan ötrü öndə olub.

Munisin döyüş yolu xidmət etdiyi hərbi hissənin tərkibində Füzulinin Alxanlı kəndindən başladı. Cəmi 18 gün davam edən bu yol Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən qanlı-qadalı döyüşlərdən keçdi. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğullarımız kimi, Munis də cəbhədə aslan kimi döyüşüb, rəşadət göstərib, yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb. Bütün bunlar haqqında valideynlərinə Munis Abbaslının dəfnində iştirak edən cəbhə yoldaşları danışıb. Deyiblər ki, Munis torpaqlarımızın işğaldan azad olunması yolunda hər an canından keçməyə hazır olan oğul idi. Oldu da! O gün ermənilərin atdığı minomyot 5 nəfər döyüşçünün həyatına son qoyub. Həmin vaxt Munisin bazı sümüyü zədələnib, şah damarı qırılıb. Deyirlər, ölümün gözünə dik baxan igidin, 9 saat mühasirədə qalan şəhidin təbəssümü çöhrəsində donubmuş... Munisdən sonra evlərində onun məzun lentini tapılıblar. Yoldaşları yazıbmış ki, ən böyük arzun şəhid olmaqdır. Arzu edirik ki, arzuna çatasan. Munis yazıb: İnşallah!

Deyirəm, nə yaxşı ki, Vətən savaşında iştirak etdiyi 18 gündə Munis imkan tapdıqca doğmaları ilə telefon əlaqəsi yaradıb. İndi Şəhidin yadigar səsi doğmalarından ötrü yanan ürəyə çilənən sərin su kimidi...

“Ana, komandir bizi “Quran”ın altından keçirib. Bizə heç nə olmaz… Ermənilər başımızın üstündən qrad yağdırır. Siz də dualarınızı dolu kimi yağdırın… Ana, ya yaralı qayıdacağam, ya da bayrağımıza bükülüb gələcəyəm…” Ana fəryad qoparır: “Mən səni ölməyə yox, öldürməyə göndərmişəm, oğul. Təki əsir düşmə, bu ağrını yaşaya bilmərəm…” Munisin səsi: “Hər gün sabaha diri çıxanda sevinirəm, məni saxlayan sənin dualarındı, ana…”

Söhbətimiz boyu başı sinəsinə əyilmiş Kəmalə xanım birdən-birə dikəldi, nəmli gözlərilə oğlunun divardan asılmış şəklinə baxdı: “Balam qanı ilə tarix yazdı... Nə qədər qolundan-qıçından, gözlərindən şikəst olanlar var. Deyirdim, gözümü gözdən şikəst olan bir qazimizə verəcəm. Balamdan sonra göz yaşım selə döndü. O gün yoxdu ki, ağlamayım. Daha gözlərim də tutulub. Kor gözün gözsüz qaziyə nə köməyi... ”

Amma belə qəmgin danışan Kəmalə xanımın təskin yeri də var. Deyir, xoşbəxt anayam ki, oğlum əsir düşmədi. Bir də ona görə xoşbəxtəm ki, oğlum yanıma bütün əzaları üstündə qayıtdı. Ən böyük təskinliyim odur ki, yaşadığımız küçəyə oğlumun adı verilib. Hər gün divara həkk olunmuş “Munis Abbaslı küçəsi” sözlərini oxuyanda elə bil qulağıma səsi gəlir, bikef olma, ana, yanındayam,- deyir. Oğlumun ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Füzuli uğrunda”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunması da ürəyimi toxdadır.

Atası da oğlu ilə telefon söhbətlərini xatırlayır: “Munis deyirdi, ata, müharibə dəhşətdir, faciədir. Günorta bir yerdə çörək yediyim əsgər yoldaşımın həmin gün meyitini daşıyıram… Ermənilər qadağan olunmuş silahlardan Gəncəyə, Bərdəyə, Beyləqana atanda Munisin aramsız zəngi gəldi, qəzəbi səsində partladı: ata, bu yurdsuz-yuvasızlar cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış yerlərimizə də atdılar. Biz bu qansızların cavabını elə döyüş meydanında veririk, verəcəyik də…”

Söhbət əsnasında öyrəndim ki, Munisin atası Həbibulla Abbaslı I Qarabağ müharibəsində iştirak edib. 2016-cı ildə Aprel döyüşlərində isə əsgərlərimizə silah-sursat daşıyıb. Həbibullanın əmisioğlu Ramiz Abbaslı da I Qarabağ müharibəsində şəhid olub, Milli Qəhrəmandır. Qismətə bax ki, Ramiz şəhid olan günün səhəri atəşkəs elan olunub… Sən demə, Munisin qəlbində çağlayan Vətən sevgisi, yurda, torpağa bağlılığı kökdən və ailə tərbiyəsindən gəlib…

Şəhid Toğrul Ramil oğlu Atakişiyevin yaşadığı evin qarşısındayam. Toğrulun əsgər geyimində darvazaya bənd edilmiş portretindən boylanan sakit, ciddi baxışları bura gələnlərə sanki xoş gəldin deyib, evə dəvət edir. Bilmirəm, Toğrul qapılarının ağzında “dayanandan” bu cür qarşılanmaq qonaqlara necə təsir edib, mənə gəlincə, qəlbimdə duyduğum rahatlıqla həyətə qədəm basanda anladım ki, şəhidin adını anan hər kəs bu evdə ehtiramla, mehribanlıqla qarşılanır...

Toğrul da cəmi 20 bahar gördü. Hamı kimi qayğısız uşaqlıq çağlarını yaşadı, orta məktəbdə təhsil aldı. Bütün yaşıdları kimi onun da qəlbi şirin arzularla çağladı. Amma qeyrətli oğul kimi dərk etdi ki, arzularına yol işğalda olan torpaqlarımızı düşmən tapdağından azad etməkdən keçir...

Üç ay idi ki, Lənkəranda Hərbi Polis Şöbəsində işləyirdi. 2020-ci il oktyabrın 1-də bir bölümün tərkibində Beyləqana ezam olunub. Üç gün Cəbrayılda (könüllü olaraq) döyüş meydanından həlak olanların meyitlərini və erməni əsgərlərinin qoyub qaçdıqları hərbi qənimətləri çıxarırdılar. O, Cəbrayıl, Füzuli, Hadrutdan Beyləqana morqa gətirilən meyitləri qarşılayırmış. Cərciz Peyğəmbərin uyuduğu məkanda meyitləri yuyub-kəfənləyəndən sonra ailələrinə göndərirlərmiş...

Geniş, işıqlı otağa qədəm qoyandan Toğrulun kiçik xalça üzərində toxunmuş portreti diqqətimi çəkmişdi. Bildiyimə görə bütün şəhidlərin portretləri toxunub ailələrinə hədiyyə olunmuşdu. Bu, xalqımızın şəhid oğullarına böyük ehtiramının ifadəsiydi... Toğrulu yaxından tanımaq üçün doğmaları ilə söhbət etdim. Eşitdiklərimdən duydum ki, filmlərdə gördüklərindən fərqli, dəhşətli müharibənin içində olub igidimiz. Yəqin geri dönəcəyi zaman hamıya başlarına gələnlərdən, ermənilərə necə qan uddurduqlarından danışacaqdı, bəlkə də cəbhə xatirələrini yazacaqdı... Bunları xəyal edirkən elə bil Toğrulun müharibənin od-alovu içindən ucalan səsini eşitdim, boyunu gördüm. Bu məqamda çoxdan tanıyırmış kimi onunla kəlmə kəsmək, səsini eşitmək istəyindəydim. Şəhidim bunu hiss edirmiş kimi, gülümsər baxışları ilə sanki mənə “xoş gəldiniz”, - deyib, çərçivədən “çıxdı”. Bu dəm anasının pıçıltıyabənzər hüznlü səsini eşitdim: Canımda ağrıyan canım... Toğrul bir anda gözlərimin qarşısından çəkilib xalçaya həkk olunmuş portretinə “qayıtdı”.

Ana için-için sızıldayırdı. Deyirdi, balamı torpağa tapşırandan hər gün paltarlarını töküb üstündə ağlayırdım. Bir gecə yuxuda gördüm ki, əsgər geyimində evə gəldi, ana, paltarlarımı aparmağa gəlmişəm, - dedi. Gecə-gündüz göz yaşı tökdüyüm balama əyan olubmuş... Araya çökmüş sükutu ata pozdu: “Morqda şəhidləri “qarşılayan” günlərdə baş verənlərlə bağlı ondan xəbərlər alırdım. Bir küçədə yaşadığı sinif yoldaşı Munisi də morqda Toğrul tanıyıb. Dostunun itkisinə dözə bilməyən balam “qanlı döyüşlərə qatılmalıyam, it uşaqlarını qırmasam ürəyim soymaz”,- deyib qan-qadanın içinə könüllü getdi. Hadrut, Tuğ istiqamətində gedən odlu döyüşlərdə iştirak etdi. Şəhid olan gün səhər telefonda mənə dedi ki, zəng çatmasa, axşam özüm zəng edərəm. Elə o gün Toğrulu Hadrutda minamyotla vurublar, meyiti 4 gün neytral zonada qalıb...” Oktyabrın 21-i şəhadətə qovuşan balamızı, 25-i gecə ailəsinə gətiriblər. Ertəsi gün şəhidimizi torpağa tapşırıblar...

Doğmalarının Toğrul haqqında dedikləri hər söz, yaşadıqları ağrılar, sızıltı ürəyimi sıyırsa da elə onlar kimi toxdaq görünməyə çalışırdım. Çox qeyrətli, ağıllı, övlad imiş. Ailənin çətin dolanışığını görüb deyirmiş ki, fikir eləməyin, hər şey yaxşı olacaq. Gələcəyinə ümidlə baxırdı. Özünə ikimərtəbəli ev tikmək istəyirdi. Amma sevdiyi qıza ürəyini açmağa belə macal tapmadı...

Eşitdiklərimin təsirindəykən atanın səsinə özümə qayıtdım: “Axır günlər mənə deyirdi: Ata, heç kimə pislik eləmə, həmişə ürəyin Allahla olsun, Yaradanımıza dua elə... Bir gecə yuxuda gördüm ki, böyük bir çayboyu bəlkə mindən çox əsgər geyimində oğlanlar balıq tuturlar. Toğrul da onların arasında idi, mənə baxıb gülümsəyirdi. Qəflətən qayıtdı ki, məndən ötrü göz yaşı tökməyin, elə gözəl yerdəyəm ki... ”

Toğrul da qeyrətli bir kökün qorundan od almışdı. Bu ailədə hər kəs sanki “Cəngi” havasının sədaları altında doğulmuşdu. Vətən torpaqlarının təəssübkeşiydilər. Şəhidimizin əmisi İlham Atakişiyev I Qarabağ müharibəsində rəşadətlə döyüşüb, veterandır. Dörd qardaşın ailəsində dünyaya gələn yeganə oğul övladı Toğrul hamının sevinci, ümid yeriydi. Gözəl əxlaqa, tərbiyəyə malik olan cəngavər hər an döyüşə hazır idi. Alın yazısı onu da yüksək məqama çatdırdı. Düşmən çəpəri olan igidimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda özünü fəda etdi, canından çox sevdiyi bayrağımıza bükülərək torpağa tapşırıldı. Toğrul Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ölkə başçısının Sərəncamı ilə “Cəbrayıl uğrunda” medalı ilə təltif olunub...

Soydaşlarımız zaman-zaman ata-baba yurdlarından didərgin oldular, qaçqın, məcburi köçkün kimi qərib yerlərə səpələndilər, amma bitib-tükənmədilər. Yenidən dirçəlib birləşdilər, kök atdıqları əzəli torpaqlarına sahiblik etməkdən ötrü ayağa qalxdılar. Munislə Toğrul kimi...

Yolboyu onları məktəbdə, evlərində, küçədə “görməyə çalışdım”. Deyəsən bacardım. Bax, mənə sarı gəlirlər, yaxınlaşıb utancaq bir təbəssümlə salamlaşdılar. Ömrün qələmə çağlarını yaşayan bu oğlanlar yaşıl köynəkdəydilər. Vətən müharibəsinə də yaşıl arzularla getdilər, yağı düşməndən intiqam aldılar, evlərinə bayrağa bükülüb qayıtdılar. Göy səmanın altında yaşıl köynəklərində torpağa əmanət oldular. Sinələrində qırmızı güllər bitirdilər...

Əbədiyyətdə dirçəlişiniz mübarək, Vətən sevdalıları...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir