“Kredit al, hədiyyə qazan” lotereya aksiyası başlamışdır
Bakı, 1 avqust (AZƏRTAC). “Unibank”da məcmu uduş fondu 15 min manat təşkil edən “Kredit al, hədiyyə qazan” lotereyası başlamışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, üç ay davam edəcək lotereya aksiyasında nağd kredit, “AL kart” kredit xətti, mikrokreditlər, “Albali” kredit kartı və digər növ istehlak kreditləri alan müştərilər iştirak edə biləcəklər.
İlk tiraj sentyabrın 5-də keçiriləcək və avqust ayı ərzində qeyd olunan kreditləri alanlar arasında oynanılacaqdır. Hər tirajda müəyyən olunan 5 qalib müştəri “Unibank”dan 5 min manat qazana biləcəkdir. Lotereya bankın 30 yaxın filial və şöbələrini birləşdirən bütün xidmət şəbəkəsində keçirilir.
Uduş fondunun oynanılması xüsusi kompyuter proqramı vasitəsilə elektron püşkatma üsulu ilə aparılacaqdır. “Kredit al, hədiyyə qazan” lotereya aksiyasının şərtləri “Unibank”ın əməkdaşlarına şamil olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:14]
Gələn il qlobal neft tədarükü gündəlik 109,5 milyon barelə çatacaq
- 13.05.2026 [18:07]
Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır
- 13.05.2026 [17:29]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib
- 13.05.2026 [17:24]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 13.05.2026 [17:21]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq
Saxta qəhrəmanların əsl siması
- [18:18]
Şərur rayonuna dolu yağıb
- [18:07]
Trampın təyyarəsi Çinə eniş edib
- [16:23]