Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır
Moskva, 8 aprel, AZƏRTAC
Kreml İran ilə ABŞ arasında atəşkəs xəbərini alqışlayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Moskvanın əvvəldən gərginliyin siyasi və diplomatik kanala yönəldilməsini müdafiə etdiyini bildirib və tərəflərin gələcək silahlı qarşıdurmadan imtina etməsini alqışlayıb.
O, mülki və iqtisadi hədəflərə hücumların qarşısının alınmasının vacibliyini vurğulayıb və tərəflər arasında birbaşa əlaqələrin dərhal qurulmasına ümid etdiyini bildirib.
Kreml sözçüsünün sözlərinə görə, İran və Amerika nümayəndə heyətləri arasında qarşıdakı danışıqlar dinc müzakirələrin davam etdirilməsinə töhfə verə və tərəflərə danışıqlar masasında öz maraqlarını müdafiə etməyə imkan yarada bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]