Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb
Bakı, 25 may, AZƏRTAC
Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb.
AZƏRTAC xəbər verir ki, futbolçu A seriyasında mövsümü bombardir kimi başa vurub. Otuz altı yaşlı portuqaliyalı 33 oyunda 29 qol vurub.
Üç mövsüm ərzində "Yuventus"da ilk dəfə A Seriyasının bombardiri olan K.Ronaldo, həm də karyerası ərzində İngiltərə, İspaniya və İtaliya çempionatlarında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu komandaya Madrid “Real”ından transfer olunub. Portuqaliyalı futbolçunun Turin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]