Kriştianu Ronaldo “Real Madrid” klubu ilə yollarını ayıra bilər
Bakı, 16 yanvar, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo özünə yeni komanda axtara bilər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kral klubunun prezidenti Florentino Peres futbolçunun agentinə məlumat verib.
Bir müddət əvvəl 33 yaşlı hücumçu da “Real Madrid”i tərk etmək istədiyini bildirib. Təcrübəli forvard Peresin onun məvacibini artırmamasından narazıdır.
“Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşıb və lider “Barselona”dan 19 xal geri qalır.
Qeyd edək ki, Kriştianu Ronaldo 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilədək müqavilə bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]