KTMT: İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb
Moskva, 23 fevral, AZƏRTAC
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə KTMT-nin Katibliyi Rusiya mediasına açıqlamasında bildirib.
“KTMT-nin Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb və görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tezisi təşkilatın bir sıra tədbirlərində iştirak etməməklə əlaqədardır”, -deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France24” telekanalına müsahibəsində kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]