Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur
Bakı, 10 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 25-30 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 130 kubmetr /saniyə olmaqla, ongünlük normanın 78 faizini təşkil edir (2011-ci ildə 150 kubmetr/s olmaqla 90 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 66 kubmetr/s olmaqla, ongünlük normanın 96 faizini təşkil edir (2011-ci ildə 61 kubmetr/s olmaqla 89 faiz təşkil edirdi).
Fevralın 3-dən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Bu çayın Surra məntəqəsində suyun səviyyəsi 66, Şirvanda 48, Salyanda 32, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetr artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 618 (2011-ci il fevralın 10-da 512 sm), Şirvanda 502 (2011-ci il fevralın 10-da 403 santimetr), Bankədə 332 (2011-ci il fevralın 10-da 304 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 320 santimetr (2011-ci il fevralın 10-da 243 santimetr) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]