Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentinin verdiyi məlumata görə, hazırda Böyük və Kiçik Qafqazın çaylarında sululuq ongünlük normanın 120-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 25-30 faizini təşkil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 kubmetr/saniyə olmaqla, ongünlük normanın 84 faizini təşkil edir (2011-ci ildə 160 kubmetr/saniyə olmaqla 94 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 60 kubmetr/saniyə olmaqla, ongünlük normanın 85 faizini təşkil edir (2011-ci ildə 54 kubmetr/saniyə olmaqla 77 faiz təşkil edirdi).
Fevralın 10-dan etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 22, Şirvanda 20, Salyanda 37, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr artmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 640 santimetr (2011-ci il fevralın 13-də 522 sm), Şirvanda 522 santimetr (2011-ci il fevralın 13-də 411 sm), Bankədə 344 santimetr (2011-ci il fevralın 13-də 297 sm), Araz çayının Novruzlu məntəqəsində isə 360 santimetr (2011-ci il fevralın 13-də 250 sm) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]