Kürdəmir taxılçıları son on ilin ən yüksək göstəricisinə nail olublar
Kürdəmir, 15 iyul, AZƏRTAC
Kürdəmir rayonunda taxıl biçini başa çatıb, zəmilərdən 136 min 169 ton məhsul istehsal olunub ki, bu da son on ilin ən yüksək göstəricisdir .
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 39 min 629,2 hektarda mühüm strateji məhsul olan taxıl yetişdirilib. Zəmilərin 12 min 207,8 hektarın buğda, 27 min 421,4 hektarını arpa təşkil edib. Biçin kampaniyasına mütəşəkkil hazırlıqla başlayan taxılçılar məhsul yığımını optimal müddətdə qurtarmışlar. Zəmilərdən 136 min 169 ton taxıl götürülüb ki, bu da ötənildəkindən 8271 ton çoxdur. Hər hektardan məhsuldarlıq 4 sentner artaraq 34,2 sentner olub.
Bir sıra ərazi vahidlərinin, o cümlədən taxılçılıqla daha çox məşğul olan Karrar, Qarasaqqal, Ərəbqubalı, Şilyan, Qarasu, Pirli və bir sıra ərazı icra nümayəndəliklərində fermerlər və fiziki şəxslər daha yüksək nəticələr əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]