Kürdəmirdə 100 gəncə tibbi maska, əlcək və tibbi spirt paylanılıb
Kürdəmir, 19 iyun, AZƏRTAC
Kürdəmirdə koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar tətbiq edilən karantin rejimi şəraitində profilaktik tədbirlər, aksiyalar və xeyirxah təşəbbüslər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, rayon gənclər və idman idarəsinin təşəbbüsü ilə idarənin əməkdaşları və gənc könüllülər iyunun 18-də 100 gəncə tibbi maska, əlcək və tibbi spirt paylayıblar. Habelə pandemiyanın törətdiyi və törədə biləcəyi təhlükələrlə əlaqədar gənclərlə maarifləndirici söhbətlər aparılıb. Xüsusilə karantin rejiminin tələblərinə əməl olunmasının zəruriliyi bir daha onların diqqətinə çatdırılıb.