KÜRƏKÇAY ÜZƏRİNDƏ KÖRPÜ SALINIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Goranboy rayonunun Şadlı kəndini rayon mərkəzindən ayıran Kürəkçay üzərində 160 metr uzunluğunda yeni körpünün inşasına başlanmışdır. Ağıryüklü avtomaşınların da keçməsi nəzərdə tutulan yeni körpünün artıq xeyli hissəsində quraşdırma işləri başa çatdırılmışdır.