Kuril adalarında yerləşən Ebeko vulkanı 2 kilometr hündürlüyə kül püskürüb
Bakı, 2 fevral, AZƏRTAC
Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 2 kilometr hündürlüyədək kül püskürülməsini qeydə alıblar.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, kül dumanı cənub-qərb istiqamətində 5 kilometrdən çox məsafəyə yayılıb.
Ebeko vulkanı Paramuşirin şimal hissəsində yerləşir. Vulkanın hündürlüyü 1156 metrdir. 2016-cı il noyabrın ortalarında aktivləşən vulkan yüksək püskürmə ehtimalı ilə artan fəallığa malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]