Kursantlar artilleriya qurğularından döyüş atışları icra ediblər
Bakı, 4 dekabr, AZƏRTAC
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) tədris planına və proqramına uyğun olaraq kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırlığın yekun mərhələsində şəxsi heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib.
Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.