KÜVEYT ƏMİRİ VƏFAT ETMİŞDİR
Şeyx Caber əl-Əhməd əs-Sabah Fars körfəzində yerləşən bu kiçik ərəb ölkəsinin əl-Aneyzi sülaləsi tərəfindən idarə edilməsinin 245 illik tarixi ərzində 13-cü hökmdarı idi.
Şeyx Caber 1928-ci ildə doğulmuş, ibtidai təhsilini Mübarəkiyə, Əhmədiyə və Şərqiyə məktəblərində almışdır. Xüsusi müəllimlər gələcək əmirə ərəb və ingilis dillərini öyrətmişlər. Atası – Küveyt Əmiri şeyx Əhməd əl-Caber əs-Sabah oğluna müxtəlif ölkələrə səfərlərə çıxmağa icazə vermiş və o, artıq 21 yaşında olarkən siyasətə cəlb edilmişdir.
1949-cu ildə gənc şeyx Caber Əl-Əhmədi bölgəsinin ictimai təhlükəsizlik xidmətinin baş direktoru təyin edilmiş, 1959-cu ildə ölkənin maliyyə departamentinin başçısı, 1962-ci ilin yanvarında isə müstəqil Küveytin ilk maliyyə və iqtisadiyyat naziri olmuşdur. Sonralar o, hökumətdə mühüm vəzifələrdə çalışmış, 1965-ci ilin noyabrında baş nazir olmuşdur. 1966-cı ilin mayında Əmirin fərmanı ilə şeyx Caber vəliəhd şahzadə təyin edilmişdir. 1967-ci ilin fevralında parlament bu fərmanı təsdiqləmişdir. Fərman 1971-ci və 1975-ci illərdə təkrarən təsdiq olunmuşdur.
Şeyx Caber 1977-ci il dekabrın 31-də Küveyt Əmiri olmuş və ölkəni bu günədək idarə etmişdir.
Küveytdə şeyx Caber əl-Əhməd əs-Sabahı ürəkdən sevirdilər, çünki o, təxminən 30 illik hakimiyyəti ərzində vaxtilə yoxsul bir diyar olmuş ölkəni Yaxın Şərqdə çiçəklənən dövlətə çevirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]