Küveytdə 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satılması qadağan edilib
Qahirə, 26 dekabr, AZƏRTAC
Küveytdə 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satılması qadağan edilib.
AZƏRTAC xəbər verir ki, bu, Küveyt Səhiyyə Nazirliyinin ümumi sağlamlığın qorunmasına və bu içkilərin həddindən artıq istehlakı ilə əlaqəli risklərin azaldılmasına yönəlmiş tədbirlər paketinin bir hissəsi olaraq, ölkədə enerji içkilərinin satışı və paylanmasını tənzimləyən qərarında bildirilir.
Bununla yanaşı, bir nəfər üçün maksimum gündəlik istehlak limiti 250 mq olmaqla iki qutu, hər qutuda isə maksimum kofein miqdarı 80 mq müəyyənləşdirilib.
Eyni zamanda, restoranlarda, qəhvəxanalarda, ticarət məkanlarında, səyyar yemək satışı məkanlarında, özünəxidmət köşklərində, çatdırılma xidmətlərində enerji içkilərinin satışı və paylanması qadağan edilib.
Enerji içkilərinin yalnız kooperativ cəmiyyətlər və qeyri-nizami marketlər tərəfindən müəyyən edilmiş və müvafiq qurumların icazəsi və ciddi nəzarəti ilə satılmasına icazə verilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]