Küveytdə “Xocalı soyqırımı” kitabı nəşr edilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə ərəb dilində “Xocalı soyqırımı” kitabı nəşr edilmiş, eləcə də faciə haqqında filmin ərəb dilində diskləri hazırlanmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, kitab ümummilli lider Heydər Əliyevin erməni vandalların xalqımıza və bütün bəşəriyyətə qarşı törətdikləri cinayət barədə bəyanatı və Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır.
“Xocalı soyqırımı” kitabında faciənin xronologiyası, rəsmi sənədlər, qanlı hadisələrdə şəhid olmuş həmvətənlərimizin siyahısı, dünya mətbuatında Xocalı faciəsi barədə dərc olunmuş məlumatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT, İKT və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və bəyanatların mətni, soyqırımı əks etdirən fotolar da öz əksini tapmışdır.
Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası haqqında da ətraflı məlumat verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]