Laçın-Xankəndi yolu: Aksiya iştirakçılarının fəallığı müşahidə olunur
Şuşa, 3 yanvar, Səlim Rəhimzadə, AZƏRTAC
Xankəndi-Laçın yolunda təşkil olunan dinc ekoaksiya sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik ruhunda davam edir.
AZƏRTAC-ın hadisə yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını plakatlar qaldıraraq şüarlar səsləndirməklə ifadə edirlər.
Aksiya zamanı gecə saatlarında olduğu kimi, gündüz vaxtlarda da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 23 gündür davam edir.